Bu il oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard 493,4 milyon ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bunun 83,95 %-i və yaxud 61 milyard 697,6 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 16,05 %-i və yaxud 11 milyard 795,8 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 3 milyard 755,2 milyon ABŞ dolları və yaxud 5,4 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 3 milyard 697 milyon ABŞ dolları və yaxud 6,4 %, AMB-nin valyuta ehtiyatlarında isə 58,2 milyon ABŞ dolları və yaxud 0,5 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 8 milyard 194,1 milyon ABŞ dolları və yaxud 12,55 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 6 milyard 173,6 milyon ABŞ dolları və yaxud 11,1 %, AMB-nin valyuta ehtiyatları isə 2 milyard 20,5 milyon ABŞ dolları və yaxud 20,6 % artım nümayiş etdirib.
ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) |
AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) |
Azərbaycanın strateji valyuta ehtiyatları (milyon ABŞ dolları) |
|
01.10.2024 |
61 697,6 |
11 795,8 |
73 493,4 |
01.07.2024 |
58 000,6 |
11 737,6 |
69 738,2 |
01.04.2024 |
57 372,8 |
11 654,4 |
69 027,2 |
01.01.2024 |
56 069,7 |
11 613.0 |
67 682,7 |
01.10.2023 |
55 524,0 |
9 775,3 |
65 299,3 |