Azərbaycan şirkətinin istiqrazlarına 9 investor maraq göstərib
- 29 dekabr, 2022
- 11:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Az-Lead" MMC-nin 1 milyon manatlıq faizli, təmin edilməmiş, adlı, sənədsiz istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd istiqraz çıxarılıb.
Qiymətli kağızlar standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub.
İstiqrazlara 9 investor qiyməti 100 manat (13%) , ümumi məbləği isə 1 milyon manat olan 9 sifariş təqdim edib. Beləliklə, yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 13 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” QSC-dir.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.