Azərbaycan sığortaçılarının satdığı "Yaşıl Kart" 64% bahalaşıb

Azərbaycan sığortaçılarının satdığı "Yaşıl Kart" 64% bahalaşıb Bu ilin I yarısında Azərbaycanda "Yaşıl Kart" sığorta sistemi çərçivəsində 5 919 müqavilə bağlanılıb və 1 237 159 manat sığorta haqqı toplanıb.
Maliyyə
103
26 İyul , 2021 11:54
Azərbaycan sığortaçılarının satdığı Yaşıl Kart 64% bahalaşıb

Bu ilin I yarısında Azərbaycanda "Yaşıl Kart" sığorta sistemi çərçivəsində 5 919 müqavilə bağlanılıb və 1 237 159 manat sığorta haqqı toplanıb.

"Report" İcbari Sığorta Bürosuna istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq təxminən 29% az və 16% çoxdur.

Son nəticədə hesabat dövründə hər müqavilə üzrə sığorta haqqının orta məbləği təxminən 64% artaraq 209 manata çatıb.

Sığorta müqavilələrinin sayının azalması minik avtomobillərinin ölkə xaricinə çıxışının kəskin azalması ilə bağlıdır.

2020-2021-ci illərin yanvar-iyun ayları üzrə müqavilələrin sayı və sığorta haqları

Nəqliyyat vasitələrinin növləri üzrə sığorta haqları

Nəqliyyat vasitəsinin növü

Yanvar-İyun, 2020

Yanvar-İyun, 2021

Müqavilə sayı

Sığorta haqqı

Müqavilə sayı

Sığorta haqqı

Yük

4485

964,707.00

5282

1,202,763.00

Minik

3826

97,526.00

630

33,516.00

Avtobus

33

4,000.00

6

810.00

Motosiklet

1

10.00

1

70.0

Cəmi

8345

1,066,243.00

5919

1,239,159.00

2021-ci ilin yanvar-iyun aylarında "Yaşıl Kart" çərçivəsində 100 sığorta hadisəsi baş verib və 258 696 manat sığorta ödənişi həyata keçirilib.

Bu isə 1 il əvvələ nisbətən müvafiq olaraq 48,2% və 48,1% azdır.

Son nəticədə il ərzində hər hadisə üzrə sığorta ödənişinin orta məbləği 0,7% artaraq 2 587 manata çatıb.

Ölkələr üzrə hadisələrin sayı və sığorta ödənişləri

Yanvar-İyun, 2020

Yanvar-İyun, 2021

Hadisə sayı

Sığorta ödənişi

Hadisə sayı

Sığorta ödənişi

141

325,628.17

49

123,118.22

47

157,813.92

44

112,213.09

5

14,910.92

7

23,365.16

193

498,353.01

100

258,696.47

Sığorta hadisələrinin çoxu Rusiya və Türkiyədə baş verib.

Ölkələr və nəqliyyat vasitəsi növləri üzrə hadisələrin sayı

Ölkələr

NV növü

Yanvar-İyun, 2020

Yanvar-İyun, 2021

Yük

Minik

Avtobus

Cəmi

Yük

Minik

Avtobus

Cəmi

Rusiya

78

61

2

141

38

11

-

49

Türkiyə

32

15

-

47

32

12

-

44

Digər

5

-

-

5

6

1

-

7

Beləliklə, hesabat dövründə "Yaşıl Kart" üzrə zərərlilik nisbəti 47%-dən 21%-ə düşüb. Buna əsas səbəb "Yaşıl Kart" əldə edən yük avtomobillərinin sayının artması və minik avtomobillərinin sayının azalmasıdır.

Son xəbərlər

Orphus sistemi