Azərbaycan sığortaçılarının satdığı "Yaşıl Kart" 64% bahalaşıb
- 26 iyul, 2021
- 07:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycanda "Yaşıl Kart" sığorta sistemi çərçivəsində 5 919 müqavilə bağlanılıb və 1 237 159 manat sığorta haqqı toplanıb.
"Report" İcbari Sığorta Bürosuna istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq təxminən 29% az və 16% çoxdur.
Son nəticədə hesabat dövründə hər müqavilə üzrə sığorta haqqının orta məbləği təxminən 64% artaraq 209 manata çatıb.
Sığorta müqavilələrinin sayının azalması minik avtomobillərinin ölkə xaricinə çıxışının kəskin azalması ilə bağlıdır.
| 2020-2021-ci illərin yanvar-iyun ayları üzrə müqavilələrin sayı və sığorta haqları | ||||
| | ||||
| Nəqliyyat vasitələrinin növləri üzrə sığorta haqları | ||||
| Nəqliyyat vasitəsinin növü | Yanvar-İyun, 2020 | Yanvar-İyun, 2021 | ||
| Müqavilə sayı | Sığorta haqqı | Müqavilə sayı | Sığorta haqqı | |
| Yük | 4485 | 964,707.00 | 5282 | 1,202,763.00 |
| Minik | 3826 | 97,526.00 | 630 | 33,516.00 |
| Avtobus | 33 | 4,000.00 | 6 | 810.00 |
| Motosiklet | 1 | 10.00 | 1 | 70.0 |
| Cəmi | 8345 | 1,066,243.00 | 5919 | 1,239,159.00 |
2021-ci ilin yanvar-iyun aylarında "Yaşıl Kart" çərçivəsində 100 sığorta hadisəsi baş verib və 258 696 manat sığorta ödənişi həyata keçirilib.
Bu isə 1 il əvvələ nisbətən müvafiq olaraq 48,2% və 48,1% azdır.
Son nəticədə il ərzində hər hadisə üzrə sığorta ödənişinin orta məbləği 0,7% artaraq 2 587 manata çatıb.
| Ölkələr üzrə hadisələrin sayı və sığorta ödənişləri | ||||
| Yanvar-İyun, 2020 | Yanvar-İyun, 2021 | |||
| Hadisə sayı | Sığorta ödənişi | Hadisə sayı | Sığorta ödənişi | |
| 141 | 325,628.17 | 49 | 123,118.22 |
|
| 47 | 157,813.92 | 44 | 112,213.09 |
|
| 5 | 14,910.92 | 7 | 23,365.16 |
|
| 193 | 498,353.01 | 100 | 258,696.47 |
|
Sığorta hadisələrinin çoxu Rusiya və Türkiyədə baş verib.
| Ölkələr və nəqliyyat vasitəsi növləri üzrə hadisələrin sayı | ||||||||
| Ölkələr NV növü | Yanvar-İyun, 2020 | Yanvar-İyun, 2021 | ||||||
| Yük | Minik | Avtobus | Cəmi | Yük | Minik | Avtobus | Cəmi | |
| Rusiya | 78 | 61 | 2 | 141 | 38 | 11 | - | 49 |
| Türkiyə | 32 | 15 | - | 47 | 32 | 12 | - | 44 |
| Digər | 5 | - | - | 5 | 6 | 1 | - | 7 |
Beləliklə, hesabat dövründə "Yaşıl Kart" üzrə zərərlilik nisbəti 47%-dən 21%-ə düşüb. Buna əsas səbəb "Yaşıl Kart" əldə edən yük avtomobillərinin sayının artması və minik avtomobillərinin sayının azalmasıdır.