Azərbaycan sığortaçıları məcmu aktivlərini 15 % artırıb

Azərbaycan sığortaçıları məcmu aktivlərini 15 % artırıb Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkətinin məcmu aktivləri bu il yanvarın 1-nə 1 milyard 876,884 milyon manat təşkil edib.
Maliyyə
10 aprel 2025 12:54
Azərbaycan sığortaçıları məcmu aktivlərini 15 % artırıb

Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkətinin məcmu aktivləri bu il yanvarın 1-nə 1 milyard 876,884 milyon manat təşkil edib.

“Report” xəbər verir ki, bu, ötən il yanvarın 1-nə nisbətən təxminən 15 % çoxdur.

2024-cü ildə sığortaçılardan 12-si aktivlərini artırıb, 3-ü azaldıb, 1-i ("Xalq Sığorta") aktivlərinin dinamikasını açıqlamayıb.

Hesabat ilində sığorta şirkətlərinin məcmu uzunmüddətli aktivləri təxminən 28 % artaraq 992,682 milyon manat, məcmu qısamüddətli aktivləri isə təxminən 2 % artaraq 884,202 milyon manat olub. 11 şirkət uzunmüddətli aktivlərini, 7 şirkət isə qısamüddətli aktivlərini artıra bilib.

Hesabat dövründə sığortaçıların məcmu öhdəlikləri təxminən 17 % artaraq 1 milyard 360,329 milyon manat təşkil edib. Sığortaçılardan 12-də öhdəliklər artıb, 3-də azalıb, 1 şirkət - "Xalq Sığorta" öhdəliklərinin dinamikasını açıqlamayıb. O cümlədən, şirkətlərin məcmu uzunmüddətli öhdəlikləri təxminən 13 % artaraq 1 milyard 236,653 milyon manat, məcmu qısamüddətli öhdəlikləri isə təxminən 81 % artaraq 123,677 milyon manat olub. 11 şirkət uzunmüddətli öhdəliklərini, 11 şirkət isə qısamüddətli öhdəliklərini artırıb.

Ötən il sığorta şirkətlərinin məcmu balans kapitalı təxminən 10 % artaraq 516,555 milyon manata, məcmu nizamnamə kapitalı isə 0,4 % artaraq 300,488 milyon manata çatıb. Bazar iştirakçılarından 12-si balans kapitalını, 1-i - “Qala Sığorta" isə nizamnamə kapitalını artırıb.

Son xəbərlər

Orphus sistemi