Azərbaycan sığortaçıları avtomobillərin icbari sığortası ilə bağlı problemləri müzakirə edib

Azərbaycan sığortaçıları avtomobillərin icbari sığortası ilə bağlı problemləri müzakirə edib ​Azərbaycan Sığortaçılar Assosiasiyasının növbəti iclası keçirilib
Maliyyə
5 İyun , 2015 13:31
Azərbaycan sığortaçıları avtomobillərin icbari sığortası ilə bağlı problemləri müzakirə edib

Bakı. 5 iyun. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İcbari sığorta Komitəsinin iclası keçirilib.

"Report"un verdiyi xəbərə görə, toplantı iştirakçıları əsasən avtomobillərin icbari sığortasından yayınma hallarının aradan qaldırılması məsələsini müzakirə ediblər. Qərara alınıb ki, Komitə üzvləri tərəfindən qısa zamanda beynəlxalq təcrübə öyrənilməklə təkliflər hazırlanıb ASA-ya təqdim edilsin.

Bundan əlavə, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”nın birbaşa tənzimlənməsində (klirinq sistemində) yarana biləcək problemlər və onlardan çıxış yolları müzakirə edilib. Həmçinin, sığorta agentlərinin şirkətlərə debitor borclarının yaranmasına dair problem və onun həll mexanizmləri də müzakirə obyekti olub.

İclasda ASA-nın sədri Orxan Bayramov, qurumun hüquqşünası Cavid Məhərrəmov, adı çəkilən komitənin sədri, "PAŞA Sığorta" şirkətinin İdarə Heyətinin üzvü Tural Əliyev, eləcə də komitənin digər üzvləri – "AXA-Mbask”, “İpək Yolu Sığorta”, “Meqa Sığorta”, “Standard Insurance”, “AtaSığorta”, “Atəşgah Sığorta” və “Xalq Sığorta” şirkətlərinin nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi