Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasında dəyişiklik olub

Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasında dəyişiklik olub "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin Müşahidə Şurasının üzvlərindən biri dəyişib.
Maliyyə
5 Fevral , 2024 11:02
Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasında dəyişiklik olub

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin Müşahidə Şurasının üzvlərindən biri dəyişib.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, ASA-nın təsisçilərinin növbəti iclası keçirilib. İclasda ləğv edilmiş "Azərsığorta" ASC-nin nümayəndəsi "Meqa Sığorta" ASC-nin nümayəndəsi ilə əvəz edilib. Şuranın yeni üzvünün namizədliyini bütün təsisçilər dəstəkləyib.

Müşahidə Şurasında 9 sığorta şirkəti təmsil olunur.

Son xəbərlər

Orphus sistemi