Azərbaycan Sığortaçılar Assosiasiyası yeni layihənin icrasına başlayıb

Azərbaycan Sığortaçılar Assosiasiyası yeni layihənin icrasına başlayıb "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi ölkədə sığorta savadlılığının artırılması məqsədi ilə yeni video-layihənin icrasına start verib.
Maliyyə
4 Dekabr , 2020 15:05
Azərbaycan Sığortaçılar Assosiasiyası yeni layihənin icrasına başlayıb

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi ölkədə sığorta savadlılığının artırılması məqsədi ilə yeni video-layihənin icrasına start verib.

ASA-dan “Report”a verilən məlumata görə, layihənin başlıca məqsədi ölkədəki mövcud və potensial sığortalıların məlumatlılığının təmin olunması və sığortada istehlakçı hüquqlarının qorunmasıdır.

Layihə çərçivəsində hər dəfə bir sığorta şirkətinin hər hansı bir növ üzrə sığorta hadisəsi ilə üzləşmiş müştərisi müəyyən olunur, problem araşdırılır, sığortalı ilə sığortaçı arasında uzlaşma təmin olunur. Bütün bu proseslər video çəkilişlə qeydə alınıb izləyicilərə təqdim olunur ki, bu da buna bənzər hadisələrlə qaşılaşan digər sığortalıların maarifləndirilməsi və məlumatlandırılması üçün əhəmiyyətlidir.

Layihə üzrə hazırlanmış maarifləndirici çarxlar ASA-nın yutub səhifəsində mütəmadi yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi