"Azərbaycan Sığortaçılar Assosiasiyası"nda yeni təyinat olub

"Azərbaycan Sığortaçılar Assosiasiyası"nda yeni təyinat olub "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin icraçı direktoruna müşavir təyin edilib.
Maliyyə
3 Sentyabr , 2020 15:03
Azərbaycan Sığortaçılar Assosiasiyasında yeni təyinat olub
Məmməd Ağayev

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin icraçı direktoruna müşavir təyin edilib. 

"Report" quruma istinadən xəbər verir ki, bu vəzifə jurnalist Məmməd Ağayevə həvalə olunub. 

O, bundan əvvəl bir sıra media qurumlarında çalışıb, o cümlədən “ARB 24” televiziya kanalında “Sığorta vaxtı” verilişinin redaktoru kimi fəaliyyət göstərib. 

M.Ağayev Azərbaycanın ilk müstəqil tələbə qəzetinin (“Student TIMES”) təsisçisi və baş redaktoru, ölkənin ilk tələbə jurnalistlər təşkilatı olan “Gənc Reportyorlar” İctimai Birliyinin təsisçisi və rəhbəri olub. 

Son xəbərlər

Orphus sistemi