“Azərbaycan Sənaye Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

“Azərbaycan Sənaye Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək Sentyabrın 28-i, saat 11:00-da “Azərbaycan Sənaye Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Maliyyə
26 Avqust , 2020 09:09
“Azərbaycan Sənaye Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

Sentyabrın 28-də, saat 11:00-da “Azərbaycan Sənaye Sığorta” ASC-nin (ASS) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 122 (Gümüş Plaza) ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə ASS-nin Təftiş Komissiyasının tərkibinə dəyişiklik edilməsi məsələsi daxildir.

Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamnamə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 75%-i “Anadolu İnvestment Company” MMC-yə, 25%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi