"Azərbaycan Sənaye Sığorta"nın məsul aktuarisi işdən çıxıb

"Azərbaycan Sənaye Sığorta"nın məsul aktuarisi işdən çıxıb Onun yerinə hələ təyinat olmayıb
Maliyyə
2019
16 Sentyabr , 2016 17:34
Azərbaycan Sənaye Sığortanın məsul aktuarisi işdən çıxıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Azərbaycan Sənaye Sığorta" ASC-nin məsul aktuarisi Təranə Musa qızı Musayeva işdən çıxıb.

"Report" xəbər verir ki, onun yerinə hələ təyinat olmayıb.

Xatırladaq ki, "Azərbaycan Sənaye Sığorta" 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş "Cİ Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 200 manat olan 5 000 səhm əsasında formalaşıb. Səhmlərin 75%-i “Anadolu İnvestment Company” MMC-yə, 25%-i isə "Azərbaycan Sənaye Bankı" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi