"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti azalıb

"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti azalıb Bakı. 16 iyul. REPORT.AZ/ “Azərbaycan Sənaye Bankı” ASC-nin aktivləri illik müqayisədə 9% artaraq 2018-ci il iyulun 1-nə 1 019 677 min manat təşkil edib.
Maliyyə
16 İyul , 2018 12:37
Azərbaycan Sənaye Bankının xalis mənfəəti azalıb

Bakı. 16 iyul. REPORT.AZ/ “Azərbaycan Sənaye Bankı” ASC-nin aktivləri illik müqayisədə 9% artaraq 2018-ci il iyulun 1-nə 1 019 677 min manat təşkil edib.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə müştərilərə verilən kreditlərin həcmi ( kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat çıxılmaqla) illik 4,8% azalaraq bu il iyulun 1-nə 261 619 min manat olub.

Bankın cəmi öhdəliklər illik 9,4% artaraq 926 272 min manata, o cümlədən depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) 15% artaraq 699 050 min manata çatıb.

2018-ci il iyulun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) banka qarşı tələbi yoxdur. Ötən ilin müvafiq dövründə bu göstərici 10 mln. manat təşkil edib.

2018-ci il aprelin 1-nə bankın nizamnamə kapitalı 60,0 mln. manat, cəmi kapitalı 93 405 min manat təşkil edib.

Bank bu ilin birinci yarısında 2 333 min manat xalis mənfəət əldə edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə azdır.

Bu ilin birinci yarəsənda bankın faiz gəlirləri 12 269 min manat, qeyri-faiz gəlirləri 3 293 min manat, faiz xərcləri 6 399 mni manat, qeyri-faiz xərcləri 5 608 min manat olub.

Xatırladaq ki, ötən ay "Azərbaycan Sənaye Bankı" ASC-nin (ASB) səhmlərinin 98,4252%-i "Anadolu İnvesment Kompani" MMC-yə aiddir. Digər səhmdarlar 1%-lə "Anadolu İnvesment Kompani" direktoru, ASB-nin daxil olduğu "Azərsun Holdinq" MMC-nin sahibi Aldulbari Goozalın qızı Leyla Goozal Kurt, 0,5748%-lə "Azərbaycan Sənaye Lizinq" MMC-dir. 

Son xəbərlər

Orphus sistemi