“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 5 dəfədən çox azalıb

“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 5 dəfədən çox azalıb Bank bu ilin I rübünü 416 min manat xalis mənfəətlə başa vurub
Maliyyə
15 Aprel , 2021 15:59
“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 5 dəfədən çox azalıb

“Azərbaycan Sənaye Bankı” ASC (ASB) bu ilin I rübünü 416 min manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 81,4 % və yaxud 5,4 dəfə azdır.

Yanvar-mart aylarında ASB-nin gəlirləri 8,799 milyon manat (illik müqayisədə 4,8 % az), xərcləri 8,127 milyon manat (12,4 % çox), xüsusi ehtiyatlara ayırmaları 155 min manat (1 il əvvəl qənaət olub), mənfəət vergisi ödəmələri isə 101 min manat (83 % və yaxud 5,9 dəfə az) təşkil edib.

Bu il aprelin 1-nə ASB-nin aktivləri 889,274 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2 % azdır. Bunun 243,071 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 22,3 % kiçilib.

Hesabat dövründə ASB-nin öhdəlikləri 2,7 % azalaraq 784,302 milyon manata, o cümlədən depozit portfeli 4 % azalaraq 615,059 milyon manata düşüb, balans kapitalı 3,9 % artaraq 104,973 milyon manata çatıb.

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252 %-i “Anadolu Investment Company” MMC-yə, 1 %-i Leyla Goozal Kurta, 0,5748 %-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi