“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 34 % azalıb

Maliyyə
  • 25 iyul, 2023
  • 07:07
“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 34 % azalıb

“Azərbaycan Sənaye Bankı” ASC (ASB) bu ilin I yarısını 1,979 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 34,1 % azdır.

Yanvar-iyun aylarında ASB-nin gəlirləri 21,009 milyon manat (illik müqayisədə 28 % çox), xərcləri 18,395 milyon manat (37,1 % çox), xüsusi ehtiyatlara ayırmaları 150 min manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 484 min manat (36,4 % az) təşkil edib.

Bu il iyulun 1-nə ASB-nin aktivləri 707,533 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,1 % azdır. Bunun 235,671 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 6,1 % kiçilib.

Hesabat dövründə ASB-nin öhdəlikləri 5,4 % azalaraq 595,763 milyon manata, o cümlədən depozit portfeli 4,3 % azalaraq 436,625 milyon manata düşüb, balans kapitalı isə 3,4 % artaraq 111,77 milyon manata çatıb.

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i “Anadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.