“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 21 % azalıb
- 16 aprel, 2024
- 09:09
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycan Sənaye Bankı” ASC (ASB) bu ilin I rübünü 835 min manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 21,4 % azdır.
Yanvar-mart aylarında ASB-nin gəlirləri 12,006 milyon manat (illik müqayisədə 21,6 % çox), xərcləri 10,895 milyon manat (23 % çox), xüsusi ehtiyatlara ayırmaları 32 min manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 243 min manat (15,9 % az) təşkil edib.
Bu il aprelin 1-nə ASB-nin aktivləri 739,035 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,8 % çoxdur. Bunun 245,842 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 5,7 % böyüyüb.
Hesabat dövründə ASB-nin öhdəlikləri 2,6 % artaraq 623,831 milyon manat, o cümlədən depozit portfeli 7,4 % artaraq 448,809 milyon manat, balans kapitalı isə 4 % artaraq 115,204 milyon manat olub.
Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i “Anadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.