“Azərbaycan Sənaye Bankı”nın səhmdarlarının yığıncağı keçiriləcək

“Azərbaycan Sənaye Bankı”nın səhmdarlarının yığıncağı keçiriləcək Noyabrın 1-i saat 15:00-da “Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Maliyyə
7 Oktyabr , 2019 15:30
“Azərbaycan Sənaye Bankı”nın səhmdarlarının yığıncağı keçiriləcək

Noyabrın 1-i saat 15:00-da “Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 3 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə ASB-nin kənar auditorunun seçilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i “Anadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi