“Azərbaycan Sənaye Bankı”nın depozit portfeli azalıb

Maliyyə
  • 15 iyul, 2024
  • 08:44
“Azərbaycan Sənaye Bankı”nın depozit portfeli azalıb

“Azərbaycan Sənaye Bankı” ASC (ASB) bu ilin I yarısını 2,899 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 46,5 % çoxdur.

Yanvar-iyun aylarında ASB-nin gəlirləri 24,841 milyon manat (illik müqayisədə 18,2 % çox), xərcləri 21,595 milyon manat (17,4 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 382 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 729 min manat (50,6 % çox) təşkil edib.

Bu il iyulun 1-nə ASB-nin aktivləri 718,339 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,5 % çoxdur. Bunun 253,086 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 7,4 % böyüyüb.

Hesabat dövründə ASB-nin öhdəlikləri 0,9 % artaraq 601,067 milyon manat, o cümlədən depozit portfeli 0,3 % azalaraq 435,427 milyon manat, balans kapitalı isə 4,9 % artaraq 117,271 milyon manat olub.

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i “Anadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.

44 filmi