“Azərbaycan Sənaye Bankı”nın depozit portfeli 13 % azalıb
- 26 yanvar, 2023
- 05:57
“Azərbaycan Sənaye Bankı” ASC (ASB) 2022-ci ili 5,286 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 2,4 dəfə çoxdur.
Ötən il ASB-nin gəlirləri 35,611 milyon manat (əvvəlki illə müqayisədə 8,5 % çox), xərcləri 30,369 milyon manat (1,3 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 1,063 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 1,019 milyon manat (70,4 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə ASB-nin aktivləri 747,621 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8 % azdır. Bunun 236,088 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,6 % kiçilib.
Hesabat dövründə ASB-nin öhdəlikləri 9,8 % azalaraq 637,562 milyon manata, o cümlədən depozit portfeli 12,6 % azalaraq 449,675 milyon manata düşüb, balans kapitalı isə 4,3 % artaraq 110,059 milyon manata çatıb.
Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i “Anadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.