Noyabrın 5-də, saat 15:00-da “Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 3 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə kredit təşkilatına kənar auditorun seçilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i “Anadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.