​"Azərbaycan Sənaye Bankı" fəaliyyətini dayandırıb

​"Azərbaycan Sənaye Bankı" fəaliyyətini dayandırıb Bu, mövcud proqram təminatının yenilənməsi ilə bağlıdır vu ikin günə başa çatacaq
Maliyyə
180
4 İyul , 2015 17:11
​Azərbaycan Sənaye Bankı fəaliyyətini dayandırıb

akı. 4 iyul. REPORT.AZ/ "Azərbaycan Sənaye Bankı" (ASB) ASC-nin ötən gündən etibarən fəaliyyətini dayandırması mövcud İT və bank təminatı proqramlarının yenilənməsi işləri ilə əlaqədardır.

ASB-nin baş ofisindən "Report"a verilən məlumata görə, bu prosesə bir neçə ay öncə start verilib: "Hazırlıq mərhələsinə aid işlər artıq sona çatıb və bu günlərdə bankın yeni sistemə keçidini, daha müasir proqramlara installyasiyasını həyata keçiririk".

Bank rəsmilərinin sözlərinə görə, ASB-nin bütün xidmət şəbəkəsini əhatə edən bu işlərin yeni həftənin başlanğıcına qədər tam yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, yeni proqram təminatının tətbiqini Türkiyənin "Dəniz Bank" qrupuna aid "Intertech" şirkəti həyata keçirir.

Son xəbərlər

Orphus sistemi