Azərbaycanın milli qanunvericiliyi Maliyyə Tədbirləri üzrə İşçi Qrupun (FATF) standartlarını ölçən 252 parametr üzrə 82,1 % uyğunluq təşkil edir.
“Report” bu barədə Maliyyə Monitorinq Xidmətinə (MMX) istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan FATF-ın 40 texniki uyğunluq standartından 7-si üzrə “tam uyğun”, 22-si üzrə “əsasən uyğun”, 10-u üzrə “qismən uyğun”, 1-i üzrə “uyğun olmayıb".
“Dünya miqyasında 161 ölkə üzrə aparılmış qiymətləndirməyə görə, Azərbaycan 40 standartdan 12-si üzrə dünyadakı orta göstəricidən daha yüksək, 21-i üzrə isə orta göstəriciyə bərabər nəticə göstərib. Bundan başqa, Azərbaycan, qanunvericiliyin tətbiqinin effektivliyi üzrə 11 göstəricidən 4-ü üzrə dünyadakı orta göstəricidən daha yüksək, 6-sı üzrə isə orta göstəriciyə bərabər nəticə əldə edib”, - deyə MMX bəyan edib