Azərbaycan prosessinq mərkəzi illik dövriyyəsini açıqlayıb

Maliyyə
  • 16 aprel, 2025
  • 16:19
Azərbaycan prosessinq mərkəzi illik dövriyyəsini açıqlayıb

“AzeriCard” MMC prosessinq mərkəzinin illik dövriyyəsi təxminən 60 milyard manat təşkil edir.

"Report" xəbər verir ki, bunu "AzeriCard" MMC-nin direktor müavini Zakir Əhmədov “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.

Z.Əhmədov vurğulayıb ki, bu gün “AzeriCard” banklar və fintex şirkətləri də daxil olmaqla 16 təşkilata xidmət göstərir.

"Bu banklar ölkəmizin maliyyə bazarının əsas oyunçularıdır. “AzeriCard” təxminən 35 min terminal və 8 milyon ödəniş kartına xidmət göstərir. Ənənəvi xidmətlərlə yanaşı, şirkət öz istehsalı olan innovativ məhsullar da təklif edir", - o qeyd edib.

Xatırladaq ki, “AzeriCard” 1996-cı ildə təsis edilib. Prosessinq mərkəzinin təsisçisi "Azərbaycan Beynəlxalq Bankı" ASC-dir (100 %).

44 filmi