​Azərbaycan parlamenti 2015-ci il büdcə zərfinin ilkin müzakirəsini başa çatdırıb

​Azərbaycan parlamenti 2015-ci il büdcə zərfinin ilkin müzakirəsini başa çatdırıb Hökumət deputatların təkliflərinə noyabrın 28-də cavab verəcək
Maliyyə
123
20 Noyabr , 2014 17:44
​Azərbaycan parlamenti 2015-ci il büdcə zərfinin ilkin müzakirəsini başa çatdırıb
Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisində 2015-ci ilin büdcə zərfinə daxil olan layihə sənədlərinin ilkin müzakirəsi başa çatıb.

"Report" xəbər verir ki, nəticədə büdcə zərfinin üçgünlük müzakirəsi zamanı səslənən təkliflər baxılması üçün hökumətə göndərilib.

Büdcə zərfinə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında” və “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında” qanun layihələri daxildir.

Qeyd edək ki, hökumət deputatların təkliflərinə parlamentin noyabrın 28-də keçiriləcək plenar iclasında cavab verəcək.

Son xəbərlər

Orphus sistemi