2023-cü ildə Azərbaycanın xalis maliyyə aktivləri 3 milyard 253,6 milyon ABŞ dolları məbləğində artıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə və ya 58,2 % azdır.
Ötənilki artım xaricə yönəldilmiş birbaşa investisiyaların 1 milyard 875,2 milyon ABŞ dolları artması (1 il bundan əvvəl 172,2 milyon dollar artım olub), portfel investisiyalarının 11,4 milyon ABŞ dolları azalması (1 il bundan əvvəl 1 milyard 158,8 milyon dollar artım olub), digər investisiyaların isə 1 milyard 389,8 milyon ABŞ dolları artması (1 il bundan əvvəl 6 milyard 448,6 milyon dollar artım olub) hesabına təmin edilib.