Azərbaycan ötən il qaçqın və məcburi köçkünlərə 766 milyon manat xərcləyib

Azərbaycan ötən il qaçqın və məcburi köçkünlərə 766 milyon manat xərcləyib “Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir
Maliyyə
10 Fevral , 2021 18:16
Azərbaycan ötən il qaçqın və məcburi köçkünlərə 766 milyon manat xərcləyib

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2020-ci ilin icmal və dövlət büdcələrindən üst-üstə 765,6 milyon manat vəsait yönəldilib ki, onun da 565,6 milyon manatının dövlət büdcəsindən, 200 milyon manatının isə Dövlət Neft Fondunun büdcəsindən ayrılmış vəsait təşkil edir.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, qeyd olunan vəsaitin 360,2 milyon manatı qaçqın və məcburi köçkünlərə verilən müavinətlərə (331,5 milyon manat), bəzi kommunal xidmətlərin dəyərinin ödənilməsinə (17,1 milyon manat), qeyri-maddi aktivlərin, maşın və avadanlıqların alınmasına (4,4 milyon manat), cari təmir, bank xidmətləri xərclərinin ödənilməsi, digər xidmətlərin və ödənişlərin maliyyələşdirilməsinə (5,2 milyon manat) yönəldilmiş, 407,4 milyon manatı isə məcburi köçkünlər üçün mənzillərin və evlərin tikintisinə istifadə olunub.

Son xəbərlər

Orphus sistemi