Azərbaycan ötən il beynəlxalq fəaliyyətə 180 milyon manat xərcləyib

Azərbaycan ötən il beynəlxalq fəaliyyətə 180 milyon manat xərcləyib “Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir
Maliyyə
10 Fevral , 2021 18:50
Azərbaycan ötən il beynəlxalq fəaliyyətə 180 milyon manat xərcləyib

2020-ci ildə Azərbaycanda dövlət büdcəsindən beynəlxalq fəaliyyət, beynəlxalq tədbirlərin keçirilməsi, beynəlxalq təşkilatlara üzvlüklə bağlı və digər xərclərə 179,7 milyon manat vəsait sərf olunub.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən il həmçinin xarici ölkələrdə fəaliyyət göstərən 73 diplomatik nümayəndəlik və konsulluğun, ticarət nümayəndəliklərinin fəaliyyətinin maliyyələşdirilməsi üçün 113,3 milyon manat vəsait yönəldilib.

Son xəbərlər

Orphus sistemi