Azərbaycan nominal ÜDM-nə görə MDB-də 5-ci olub

Azərbaycan nominal ÜDM-nə görə MDB-də 5-ci olub Ötən ilin yekunlarına görə, Azərbaycan ümumi daxili məhsulun (ÜDM) nominal həcminə görə MDB ölkələri arasında beşinci yeri tutub.
Maliyyə
2 aprel 2025 15:30
Azərbaycan nominal ÜDM-nə görə MDB-də 5-ci olub

2024-cü ilin yekunlarına görə, Azərbaycan ümumi daxili məhsulun (ÜDM) nominal dəyərinə görə MDB ölkələri arasında 5-ci yeri tutub.

“Report” MDB-nin Dövlətlərarası Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən il Azərbaycanın nominal ÜDM-i 74,315 milyard ABŞ dolları dəyərində olub ki, bu da əvvəlki illə müqayisədə 4,1 % artım deməkdir.

Azərbaycan MDB ölkələri arasında nominal ÜDM-nə görə Ermənistan, Qırğızıstan, Tacikistan və Moldovanı qabaqlayıb.

Ötən il MDB-də nominal ÜDM göstəricisinə görə ilk beşliyə Rusiya - 2,16 milyard ABŞ dolları (+4,1 %), Qazaxıstan - 288,112 milyard ABŞ dolları (+4,8 %), Özbəkistan - 114,9 milyard ABŞ dolları (+6,5 %) və Belarus - 79,09 milyard ABŞ dolları (+4 %) daxil olub.

Azərbaycanı xeyli fərqlə Ermənistan 25,8 milyard ABŞ dolları nominal ÜDM həcmi ilə (+5,9 %), Qırğızıstan - 17,2 milyard ABŞ dolları (+9 %), Tacikistan - 13,7 milyard ABŞ dolları (+8,4 %) və Moldova - 12,9 milyard ABŞ dolları (+0,6 %) izləyir. 

Son xəbərlər

Orphus sistemi