“Azərbaycan Mikro-Kredit” nizamnamə kapitalını 90% artırıb

“Azərbaycan Mikro-Kredit” nizamnamə kapitalını 90% artırıb Closed
Maliyyə
16 May , 2017 09:36
“Azərbaycan Mikro-Kredit” nizamnamə kapitalını 90% artırıb

Bakı. 16 may. REPORT.AZ/ “Azərbaycan Mikro-Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) aktivləri bu il yanvarın 1-nə 4,111 mln. manat təşkil edib.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 80,7% çoxdur.

2016-cı ildə “Azərbaycan Mikro-Kredit”in cəmi öhdəlikləri 77,8% artaraq 2,897 mln. manat olub. Bunun isə 99,5%-ni və yaxud 2,883 mln. manatını borc alınmış vəsaitlər təşkil edib.

Hesabat dövründə BOKT-un cəmi kapitalı 87,6% artaraq 1,214 mln. manata, nizamnamə kapitalı isə 89,5% artaraq 1,137 mln. manata çatıb.

Ötən il “Azərbaycan Mikro-Kredit”in faiz gəlirləri 813 min manat (2015-ci ilə nisbətən 2,5 dəfə çox), faiz xərcləri 179 min manat (2,3 dəfə çox), qeyri-faiz gəlirləri 18 min manat (7,6 dəfə az), qeyri-faiz xərcləri isə 540 min manat (60,2% çox) təşkil edib. Son nəticədə BOKT-un əməliyyat gəliri 112 min manat olub ki, bu da illik müqayisədə 2,4 dəfə çoxdur.

Kredit təşkilatı 2016-cı ildə təxminən 22 min manat mənfəət vergisi ödəyib və ötən ili 89 min manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, “Azərbaycan Mikro-Kredit” 2014-cü ildə yaradılıb. Onun təsisçisi Fuad Vaqif oğlu Şıxəliyevdir.

Son xəbərlər

Orphus sistemi