“Azərbaycan Mikro-Kredit” BOKT-nin aktivləri 35% artıb

“Azərbaycan Mikro-Kredit” BOKT-nin aktivləri 35% artıb “Azərbaycan Mikro-Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 6,15% azalaraq bu il yanvarın 1-nə 2,962 mln. manat təşkil edib.
Maliyyə
25 May , 2019 13:45
“Azərbaycan Mikro-Kredit” BOKT-nin aktivləri 35% artıb

“Azərbaycan Mikro-Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 6,15% azalaraq bu il yanvarın 1-nə 2,962 mln. manat təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Azərbaycan Mikro-Kredit”in müştərilərə verdiyi xalis kreditlər 10% azalaraq 2,602 mln. manata düşüb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 50,2% azalaraq 408 min manat, cəmi kapitalı isə 9,3% artaraq 2,555 mln. manat, o cümlədən nizamnamə kapitalı 11,8% artaraq 2,5 mln. manat olub.

“Azərbaycan Mikro-Kredit” 2018-ci ili 55 min manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci ilə nisbətən, təxminən, 45% azdır. 

Son xəbərlər

Orphus sistemi