Azərbaycan Mərkəzi Bankının dövriyyədə olan notları artmağa başladı

Maliyyə
  • 07 fevral, 2020
  • 12:08
Azərbaycan Mərkəzi Bankının dövriyyədə olan notları artmağa başladı
Azərbaycan Mərkəzi Bankı
Report

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə 270 milyon manatlıq notu olub.

“Report” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bu, yanvarın 24-ü ilə müqayisədə 50 milyon manat, yaxud 22,7% çoxdur. 

AMB-nin dövriyyədə olan notları ötən ilin oktyabr ayından bəri ilk dəfə artım nümayiş etdirir.

44 filmi