Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
Maliyyə
- 31 yanvar, 2024
- 06:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 8 %-dən 7,75 %-ə endirilməsi barədə qərar qəbul edib.
“Report” bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 0,25 faiz bəndi azaldılaraq 6,5 %-dən 6,25 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi azaldılaraq 9 %-dən 8,75 %-ə endirilib.
"Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında vəziyyət nəzərə alınmaqla verilib", - deyə AMB bəyan edib.
Bu qərar sabahdan qüvvəyə minir. Faiz dəhlizinin parametrləri haqda növbəti qərar martın 28-də açıqlanacaq.
Son xəbərlər
15:56
"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb
Region
15:45
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib
Xarici siyasət
15:37
Foto
"Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar
Hərbi
15:31
Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Xarici siyasət
15:20
Fransada etiraz aksiyaları zamanı 1800-dən çox şəxs saxlanılıb - yenilənib
Digər ölkələr
15:17
Florian Virts "Barselona"ya keçmək istəyir
Futbol
15:07
Xəbərdarlıq: Çaylardan sel keçəcək, dolu düşəcək
Ekologiya
14:59
Latviya müstəqilliyin bərpasının 35-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib
Xarici siyasət
14:49
Misirin Təhlükəsizlik Şurası Səudiyyə Ərəbistanına yardım barədə qərar qəbul edib
Digər ölkələr