Azərbaycan Mərkəzi Bankı üç kredit ittifaqına icrası məcburi göstəriş verib
- 08 avqust, 2025
- 15:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankı (AMB) "Hacıoğlu", "Stumul" və "İnci Kredo" kredit ittifaqlarına icrası məcburi göstəriş verib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu ilin II rübünə dair hesabatları “Hacıoğlu Kredit İttifaqı” MMC ümumiyyətlə təqdim etməyib, “Stimul Kredit İttifaqı" və “İnci Kredo Kredit İttifaqı" MMC-lər isə gecikmə ilə təqdim edib. Bununla da, “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbinə əməl olunmayıb. Odur ki, “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələbləri rəhbər tutularaq, 1-ciyə bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı, 2-ciyə və 3-cüyə isə bu hesabatların qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.