Azərbaycan Mərkəzi Bankı "Payonix” BOKT-a lisenziya verib

Azərbaycan Mərkəzi Bankı "Payonix” BOKT-a lisenziya verib Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Payonix” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.
Maliyyə
24 May , 2024 17:49
Azərbaycan Mərkəzi Bankı Payonix” BOKT-a lisenziya verib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Payonix” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.

"Report" bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 55-ə çatıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Payonix”i 2022-ci ilin iyun ayında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 133A, mənzil 23, nizamnamə kapitalı 1,3 milyon manat, qanuni təmsilçisi isə Elnur Nüslət oğlu Əliyevdir.

Son xəbərlər

Orphus sistemi