Azərbaycan Mərkəzi Bankı ötən il 700 mln. manatlıq pul nişanını məhv edib

Azərbaycan Mərkəzi Bankı ötən il 700 mln. manatlıq pul nişanını məhv edib Qurum 2016-cı ildə xaricdəki çap şirkətindən 9,432 mln. manatlıq yeni pul nişanı təhvil alıb
Maliyyə
4 May , 2017 17:45
Azərbaycan Mərkəzi Bankı ötən il 700 mln. manatlıq pul nişanını məhv edib

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) 2016-cı ildə xaricdəki çap şirkətindən 9,432 mln. manatlıq yeni pul nişanı təhvil alıb.

“Report” qurumun illik hesabatına istinadən xəbər verir ki, bu, 2015-ci illə müqayisədə 83,8 dəfə azdır.

Ötən il qurumun məhv etdiyi pul nişanlarının həcmi isə 702,666 mln. manat olub. Bu isə əvvəlki ilə nisbətən 2,5 dəfə azdır. 

Son xəbərlər

Orphus sistemi