Azərbaycan Mərkəzi Bankı ötən ay valyuta ehtiyatlarını 100 milyon dollardan çox artırıb

Azərbaycan Mərkəzi Bankı ötən ay valyuta ehtiyatlarını 100 milyon dollardan çox artırıb Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il martın 1-nə 5 761,9 milyon ABŞ dolları təşkil edib.
Maliyyə
7 Mart , 2019 16:18
Azərbaycan Mərkəzi Bankı ötən ay valyuta ehtiyatlarını 100 milyon dollardan çox artırıb
Azərbaycan Mərkəzi Bankı / Report

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il martın 1-nə 5 761,9 milyon ABŞ dolları təşkil edib.

“Report” quruma istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 106 milyon dollar və yaxud 1,9% çoxdur.

İlin əvvəlinə nisbətən AMB-nin valyuta ehtiyatları 136,2 milyon dollar və yaxud 2,4%, son 1 ildə isə 374,7 milyon dollar və yaxud 6,95% artıb.

Son xəbərlər

Orphus sistemi