Azərbaycan Mərkəzi Bankı kotirovka sorğusu keçirir

Azərbaycan Mərkəzi Bankı kotirovka sorğusu keçirir Qurum bir sıra xidmətlərin satın alınmasını planlaşdırır
Maliyyə
26 May , 2017 09:04
Azərbaycan Mərkəzi Bankı kotirovka sorğusu keçirir
Report.az

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı əsas inzibati binasının həyətyanı sahəsində asfalt örtüyünün salınması (1), binada kovrolit örtüyünün mexaniki üsulla sulu-kimyəvi təmizlənməsi (2) və qurumun adına daxil olan, adından göndərilən malların gömrük rəsmiləşdirilməsinin aparılması və təyin edilmiş ünvana çatdırılması (3) xidmətlərinin satın alınması məqsədi ilə kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 1-ci məsələ üçün 20 manat, 2 və 3-cü məsələ üçün isə 10 manatdır.

İddiaçılar təkliflərini iyunun 6-na qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasında təqdim etməlidirlər. Əlaqələndirici şəxs Ramin İskəndərovdur.

Təkliflərə iyunun 7-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq. 

Son xəbərlər

Orphus sistemi