Azərbaycan Mərkəzi Bankı bu il valyuta ehtiyatlarını 32%-dən çox artırıb

Azərbaycan Mərkəzi Bankı bu il valyuta ehtiyatlarını 32%-dən çox artırıb Bu rəqəm dekabrın 1-nə 5 254,2 mln. ABŞ dolları təşkil edib
Maliyyə
6 Dekabr , 2017 14:43
Azərbaycan Mərkəzi Bankı bu il valyuta ehtiyatlarını 32%-dən çox artırıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il dekabrın 1-nə 5 254,2 mln. ABŞ dolları təşkil edib.

“Report” AMB-yə istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 53,5 mln. dollar və yaxud 1% çoxdur.

İlin əvvəlinə nisbətən qurumun valyuta ehtiyatları 1 279,8 mln. dollar və yaxud 32,2%, son 1 ildə isə 1 243,2 mln. dollar və yaxud 31% artıb. 

Son xəbərlər

Orphus sistemi