Azərbaycan Mərkəzi Bankı "Azpul" BOKT-yə lisenziya verib

Azərbaycan Mərkəzi Bankı "Azpul" BOKT-yə lisenziya verib Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Azpul" MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.
Maliyyə
1 Oktyabr , 2020 16:33
Azərbaycan Mərkəzi Bankı Azpul BOKT-yə lisenziya verib
0 : 00
0 : 00

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Azpul" MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib. 

"Report" bu barədə tənzimləyici quruma istinadən xəbər verir. 

Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-lərin sayı 46-ya çatıb. 

Xatırladaq ki, "Azpul" 2018-ci ildə 1 000 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkət ilk öncə Bakıda quraşdırdığı, pul paylayan aparatlarla “(Azpulmat”) gündəmə gəlib, vətəndaşların şəxsiyyət vəsiqəsinin sürəti və barmaq izi əsasında 30 saniyə ərzində 20 manatdan başlayaraq borc verib. Həmin borc 5 gün ərzində 21 manat olmaqla geri qaytarılmalı idi. Geriyə ödənişi vaxtında etmiş şəxslər növbəti mərhələdə 40 manat borc ala bilirdilər. Yəni borc limiti 2 dəfə artırdı və maksimum 1 000 manat ola bilərdi. Bu isə ictimaiyyətin geniş marağına səbəb olub. Amma bu fəaliyyətin hüquqi əsası olmadığından aparatların fəaliyyəti qısa müddətdə dayandırılıb. Bundan sonra kommersiya qurumu nizamnamə kapitalını kəskin artıraraq 300 min manata çatdırıb və BOKT-yə çevrilib. 

Son xəbərlər

Orphus sistemi