Azərbaycan Mərkəzi Bankı "Azfinans" BOKT-a lisenziya verib

Azərbaycan Mərkəzi Bankı "Azfinans" BOKT-a lisenziya verib Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "AzFinans" MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.
Maliyyə
24 Sentyabr , 2021 15:41
Azərbaycan Mərkəzi Bankı Azfinans BOKT-a lisenziya verib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "AzFinans" MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.

"Report" bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 52-ə çatıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Azfinans"ı bu ilin iyul ayında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 36 (məhəllə 488/489), nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə İlqar Şükür oğlu Əliyevdir.

Son xəbərlər

Orphus sistemi