Azərbaycan Mərkəzi Bankı 2 banka icrası məcburi sərəncam verib

Maliyyə
  • 04 fevral, 2025
  • 07:14
Azərbaycan Mərkəzi Bankı 2 banka icrası məcburi sərəncam verib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Access Bank" QSC-yə və “Yelo Bank” ASC-yə icrası məcburi sərəncam verib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, hər iki bank “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”nin 7.5-ci bəndinin tələbinə zidd olaraq valyuta mübadiləsi əməliyyatlarına dair məlumatları təyinatı üzrə valyuta nəzarətinin həyata keçirilməsi məqsədilə formalaşdırılmış informasiya sisteminə düzgün təqdim etməyib. Odur ki, “Banklar haqqında” qanunun 47.4-cü maddəsinin tələbləri rəhbər tutularaq, banklara gələcəkdə müvafiq pozuntulara yol verilməməsi üçün vahid informasiya sisteminin iştirakçılarının Əsasnamə ilə müəyyən edilmiş vəzifələrinin icrasına nəzarətin gücləndirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.