Azərbaycan Mərkəzi Bankı 100 mln. manat cəlb edib

Maliyyə
  • 25 sentyabr, 2017
  • 08:53
Azərbaycan Mərkəzi Bankı 100 mln. manat cəlb edib
Report

Bakı. 25 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.

“Report” AMB-yə istinadən xəbər verir ki, hərracda 100 mln. manat cəlb edilib.

Amma tələb bundan 6,25 dəfə çox - 624,8 mln. manat olub.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.