“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın mənfəəti 25 % azalıb

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın mənfəəti 25 % azalıb “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC 2022-ci ili 59,48 milyon manat mənfəətlə başa vurub.
Maliyyə
25 İyul , 2023 16:55
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın mənfəəti 25 % azalıb

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC 2022-ci ili 59,48 milyon manat mənfəətlə başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 24,8 % azdır.

Ötən il “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın gəlirləri 647,415 milyon manat (əvvəlki ilə nisbətən 2,9 % çox), o cümlədən qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 525,611 milyon manat (5 % çox), birja əməliyyatlarından gəliri 3,988 milyon manat (3,3 % az), sair əməliyyat gəlirləri isə 117,816 milyon manat (5,3 % az) təşkil edib.

2022-ci ildə səhmdar cəmiyyətinin xərcləri isə 587,935 milyon manat (6,9 % çox), o cümlədən sərf etdiyi materialların dəyəri 59,927 milyon manat (29,8 % az), əmək haqqı və işçilərlə bağlı digər xərcləri 139,5 milyon manat (16,3% çox), amortizasiya xərcləri 223,165 milyon manat (1,5 % az), sair əməliyyat xərcləri isə 165,343 milyon manat (40,2 % çox) olub.

Bu il yanvarın 1-nə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın aktivləri 3 753,364 milyon manat olub ki, bu da illik müqayisədə 6,1 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 11,6 dəfə artaraq 169,303 milyon manata, balans kapitalı isə 1,7 % artaraq 3 584,061 milyon manata çatıb.

Xatırladaq ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 728,428 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur.

Son xəbərlər

Orphus sistemi