"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" auditor seçir

Maliyyə
  • 03 mart, 2023
  • 07:18
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı auditor seçir

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC 2022-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.

İddiaçılar təkliflərini martın 17-si, saat 18:00-a qədər səhmdar cəmiyyətinin yerləşdiyi Hökumət Evinə (Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 80) təqdim edə bilərlər.

Təkliflərə martın 27-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

44 - Tezliklə