Azərbaycan MDB-də ən böyük "investisiya idxalçıları" arasında ilk beşliyə daxil olub

Azərbaycan MDB-də ən böyük "investisiya idxalçıları" arasında ilk beşliyə daxil olub 2022-ci ilin birinci yarısında MDB-yə cəlb olunmuş qarşılıqlı birbaşa xarici investisiyaların strukturunda 4,2 milyard ABŞ dolları həcmi ilə Azərbaycan dördüncü yerdədir.
Maliyyə
20 Dekabr , 2022 18:50
Azərbaycan MDB-də ən böyük investisiya idxalçıları arasında ilk beşliyə daxil olub

2022-ci ilin birinci yarısında MDB-yə cəlb olunmuş qarşılıqlı birbaşa xarici investisiyaların strukturunda 4,2 milyard ABŞ dolları həcmi ilə Azərbaycan dördüncü yerdədir.

“Report”un məlumatına görə, bu barədə Avrasiya İnkişaf Bankının analitik materialında deyilir.

Siyahıya Qazaxıstan (10,8 milyard ABŞ dolları), Özbəkistan (9 milyard ABŞ dolları) və Belarus (5,6 milyard ABŞ dolları) başçılıq edir.

Beləliklə, 2022-ci ilin birinci yarısının yekunlarına görə, Qazaxıstanın Avrasiya məkanında qarşılıqlı birbaşa xarici investisiyalar idxalında payı 24,3 %, Özbəkistanın isə 20,1 % təşkil edib. İnvestisiyaların idxalının həcminə görə növbəti yerləri 12,6 %-lə Belarus və 10,6 %-lə Azərbaycan tutur: “2016-cı illə müqayisədə strukturda dəyişikliklər əhəmiyyətlidir. Ukraynanın payı 3 dəfə - 12 %-dən 4 %-ə qədər azalıb. Ən böyük artım Özbəkistanda olub - 11,7 %-dən 20,1 %-ə qədər”.

Gürcüstan və Ermənistanın hər birinə isə 3,2 milyard ABŞ dolları sərmayə qoyulub.

Rusiya sərmayəsinə gəlincə, bu ölkənin investorları Qazaxıstanla yanaşı, Özbəkistan və Azərbaycana da kapital qoyuluşlarını fəal şəkildə artırırlar. Son 6 ildə Rusiyanın Özbəkistanda birbaşa investisiyaları 2,1 dəfə, Azərbaycanda isə 1,7 dəfə artıb.

Son xəbərlər

Orphus sistemi