Azərbaycan "Mastercard"la ödəniş bazarında rəqəmsallaşmanın təşviqini müzakirə edib

Maliyyə
  • 03 iyun, 2025
  • 12:09
Azərbaycan Mastercardla ödəniş bazarında rəqəmsallaşmanın təşviqini müzakirə edib

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Mastercard şirkətinin Şərqi Avropa regionu üzrə prezidenti Yasemin Bedirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, görüşdə şirkətin ölkədəki cari fəaliyyəti müzakirə olunub, ödəniş sistemləri sahəsində rəqəmsallaşmanın təşviqi və texnoloji sahədə ikitərəfli maraq doğuran digər mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

44 filmi