Azərbaycan manatının nominal və real effektiv məzənnələri artıb

Azərbaycan manatının nominal və real effektiv məzənnələri artıb Bu ilin mart ayının yekununda Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 72,4 bənd təşkil edib.
Maliyyə
3 May , 2019 16:19
Azərbaycan manatının nominal və real effektiv məzənnələri artıb

Bu ilin mart ayının yekununda Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 72,4 bənd təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevral ayının yekunu ilə müqayisədə 0,4 bənd çox, ilin əvvəli ilə müqayisədə 0,2 bənd az, ötən ilin mart ayının yekununa nisbətən isə 8 bənd çoxdur.

Bu il aprelin 1-nə manatın real effektiv məzənnəsi isə 99,4 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,3 bənd çox, ilin əvvəli ilə müqayisədə 0,1 bənd az, illik müqayisədə isə 3 bənd çoxdur. 

Son xəbərlər

Orphus sistemi