Azərbaycan manatının dövretmə sürəti azalıb

Azərbaycan manatının dövretmə sürəti azalıb Bu il iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,94 bənd təşkil edib
Maliyyə
24 İyul , 2020 13:55
Azərbaycan manatının dövretmə sürəti azalıb

Bu il iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,94 bənd təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 0,07 bənd, yanvarın 1-nə nisbətən 0,54 bənd, ötən ilin iyulun 1-nə nisbətən isə 0,84 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi