Bakı. 19 aprel. REPORT.AZ/ Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, 182 gün tədavül müddətli, 10 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. "Report"un Birjaya istinadən verdiyi xəbərə görə, hərracda 6 investor tərəfindən 10 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 26 464 300 manat təşkil edib.
Sifarişlər 92,1659 (gəlirlik 17,1878%)- 95,9300 (gəlirlik 8,5791%) qiymət intervalında təqdim edilib. İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti emitent tərəfindən 93,8967 (gəlirlik 13,1436%), orta ölçülmüş qiymət 94,3208 (gəlirlik 12,1753 %) səviyyəsində müəyyən edilib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar 20 aprel (t+1) tarixində həyata keçiriləcək.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 10 mln. manat məbləğində müəyyən edilib. İstiqrazların ödəmə tarixi 18 oktyabr 2016-cı ildir. İstiqrazların tədavül müddəti 182 gündür.
Həmçinin, BFB-da Maliyyə Nazirliyinin AZN nominallı, 364 gün tədavül müddətli, 10 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Burada da 6 investor 11 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 12 049 700 manat təşkil edib.
Sifarişlər 84,0344 (gəlirlik 19,1035%)-91,3500 (gəlirlik 9,5212%) qiymət intervalında təqdim edilib. İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 87,0100 (gəlirlik 15,0115%), orta ölçülmüş qiymət 89,8585 (gəlirlik 11,3482 %) səviyyəsində müəyyənləşdirilib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar 20 aprel (t+1) tarixində həyata keçiriləcək.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 10 mln. manat məbləğində müəyyən edilib. İstiqrazların ödəmə tarixi 18 aprel 2017-cı ildir. İstiqrazların tədavül müddəti 364 gündür.