“Azərbaycan Kredit Bürosu” tərəfdaşlarının sayını artırıb

“Azərbaycan Kredit Bürosu” tərəfdaşlarının sayını artırıb “Azərbaycan Kredit Bürosu” MMC yenicə lisenziya almış 3 bank olmayan kredit təşkilatı (“Azpul” və “Finans Kredit” MMC-lər, “Prior Credit” QSC), 1 lizinq şirkəti (“Alliance Capital Leasing” MMC) və nisyə mal alqı-satqısı ilə məşğul olan 3 şirkət (“Stentor”
Maliyyə
25 Yanvar , 2021 09:44
“Azərbaycan Kredit Bürosu” tərəfdaşlarının sayını artırıb

“Azərbaycan Kredit Bürosu” MMC yenicə lisenziya almış 3 bank olmayan kredit təşkilatı (“Azpul” və “Finans Kredit” MMC-lər, “Prior Credit” QSC), 1 lizinq şirkəti (“Alliance Capital Leasing” MMC) və nisyə mal alqı-satqısı ilə məşğul olan 3 şirkət (“Stentor”, “Ventto Elektroniks” və “Max Finance” MMC-lər) tərəfdaş olub.

"Report" bu barədə Büroya istinadən xəbər verir.

Məlumata görə, bununla da AKB-nin tərəfdaşlarının sayı 135-dən 142-ə çatıb. İndiyə qədər Büronun tərəfdaş siyahısında Azərbaycan Mərkəzi Bankı, İpoteka və Kredit Zəmanət Fondu, 44 bank (18-i ləğvetmədədir), 49 bank olmayan kredit təşkilatı (5-i ləğvetmədədir), 2 kredit ittifaqı, 3 lizinq şirkəti, 1 faktorinq şirkəti, 21 sığorta şirkəti (4-ü ləğvetmədədir), 1 təkrarsığorta şirkəti, 3 mobil rabitə operatoru, 3 kommunal xidmət operatoru və 6 mağaza olub.

Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12,5% payla 8 bank - “Azərbaycan Beynəlxalq Bankı", “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Zıraat Bank Azərbaycan” ASC-lərdir.

Son xəbərlər

Orphus sistemi