"Azərbaycan Kredit Bürosu"na daxil olan sorğuların sayı 4 dəfə artıb
Maliyyə
- 14 mart, 2025
- 11:56
2024-cü ildə "Azərbaycan Kredit Bürosu" MMC-yə (AKB) 185,4 milyon adi sorğu, o cümlədən 166 milyon toplu sorğu daxil olub ki, bu da 2023-cü illə müqayisədə müvafiq olaraq 3,5 dəfə və 4 dəfə çoxdur.
"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Bundan başqa, ötən il büronun qəbul etdiyi skorinq sorğularının sayı 18,9 dəfə artaraq 13,2 milyona çatıb.
Xatırladaq ki, "Azərbaycan Kredit Bürosu" 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun təsisçiləri hər biri 12,5 % payla 8 bank - “Azərbaycan Beynəlxalq Bankı", “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan" ASC-lərdir.
Son xəbərlər
04:48
ABŞ-də federal agentlər iki nəfəri güllələyib
Digər ölkələr04:10
İran Prezidenti xalqın tələblərini dinləməyin vacib olduğunu bəyan edib
Region03:45
Danimarka və ABŞ rəsmiləri Trampın Qrenlandiya ilə bağlı açıqlamalarını müzakirə ediblər
Digər ölkələr03:07
ABŞ Nigeriyaya yenidən zərbələr endirə bilər
Digər ölkələr02:40
Kiyevə növbəti dəfə kütləvi raket və dron hücumu edilir
Digər ölkələr02:24
Tacikistanda zəlzələ olub
Digər ölkələr02:17
İspaniya Superkubokunun finalçıları məlum olub
Futbol02:12
Tramp Maduronu əfv etmək niyyətində deyil
Digər ölkələr01:34